PDF Oxu

Siyasət

  • 14

Tahir Rzayev: Bu sənədin icrası nəticəsində regionlarda da sahibkarlıq sürətlə inkişaf edəcək

Tahir Rzayev: Bu sənədin icrası nəticəsində regionlarda da sahibkarlıq sürətlə inkişaf edəcək

"Azərbaycan Prezidenti İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanından irəli gələn fəaliyyətlərin icra edilməsi sahibkarlıq sahəsində vəziyyətin yaxşılaşdırılmasına təkan verəcək". Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, fərman eyni zamanda, Azərbaycanın nüfuzlu beynəlxalq iqtisadi-maliyyə təşkilatlarının hesabatlarındakı mövqelərinin ciddi şəkildə güclənməsinə müsbət təsir göstərəcək. Onun sözlərinə görə, sənədə əsasən sahibkarlıqla bağlı müəyyən prosesdurların sadələşdirilməsi çox əhəmiyyətlidir.

"Fərmanın əsas məqsədi sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin minimumlaşdırılmasıdır. Sənəd sahibkarların fəaliyyəti ilə məşğul olmaq üçün "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılmasını nəzərdə tutur ki, bu da çox yaxşı haldır. Hesab edirəm ki, bu sənədin icrası nəticəsində regionlarda da sahibkarlıq sürətlə inkişaf edəcək" - deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər