"Elm sahəsinə gənclərin marağını daha da artırmaq əsas məqsədlərimizdən biridir. Bu istiqamətdə ciddi tədbirlər həyata keçirilməkdədir". Bu fikirləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli bildirib ki, elmi məsələlərlə əlaqədar AMEA ali təhsil müəssisələri ilə yaxından əməkdaşlıq etmək niyyətindədir və artıq bir sıra addımlar atılır. Onun sözlərinə görə, bu məqsədlə akademiyanın institutları ilə ali məktəblərin müvafiq kafedraları arasında sıx münasibətlər qurulub.
"Biz bu sahədə inkişafı qarşılıqlı inteqrasiyada görürük. Çünki hər iki sahə bir-birinə çox bağlıdır"-deyə, akademik vurğulayıb.
yap.org.az