"Partiyamızda elm və təhsil sahəsində çalışan insanlar kifayət qədər çoxdur. Bu insanlar ölkəmizdə elm və təhsilin inkişafında böyük xidmətlər göstərirlər". Bu fikirləri YAP İdarə Heyətinin üzvü, partiyanın Elm və təhsil məsələləri komissiyasının sədri, akademik Abel Məhərrəmov deyib.
A.Məhərrəmov bildirib ki, ölkəmizdə elm və təhsil sahələri ciddi inkişaf etdirilir. Onun sözlərinə görə, ölkə Prezidentinin bu sahələrlə bağlı imzaladığı sərəncamlar mühüm əhəmiyyət kəsb edir.
"Azərbaycanda hər iki sahənin inkişafı ilə əlaqədar dövlət proqramları icra olunur. Bu proqramlar elm və təhsilimiz üçün böyük faydalar verməkdədir. Fikrimcə, təhsilin inkişaf strategiyasının uğurla həyata keçirilməsi də islahatlar prosesinə ciddi təkan verəcək. Hesab edirəm ki, bu işlərdə YAP-ın Elm və təhsil məsələləri komissiyası da yaxından iştirak etməlidir"-deyə, komissiya sədri vurğulayıb.
yap.org.az