PDF Oxu

Siyasət

  • 11

Azərbaycan Londonda Novruz Komissiyasının ənənəvi qala-gecəsində təmsil olunmuşdur

Azərbaycan Londonda Novruz Komissiyasının ənənəvi qala-gecəsində təmsil olunmuşdur

Londonda Novruz Komissiyasının ənənəvi qala-gecəsi keçirilmişdir. Azərbaycan Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə gecədə təmsil olunmuşdur.

Gecədə komissiyada təmsil olunan ölkələr ayrı-ayrı stendlərdə adət-ənənələrindən, mədəniyyətlərindən bəhs edən kitab və jurnallar, həmçinin milli geyimlər və mətbəx nümunələrini nümayiş etdirmişlər.

Novruz Komissiyasının sədri Nasser Kazemini Novruz bayramının tarixindən danışmış, rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat vermişdir. Çıxışının sonunda N.Kazemini qonaqlara xoş vaxt keçirmələrini arzu etmişdir.

Daha sonra qonaqlar birgə şam etmişlər.

Qeyd edək ki, Novruz Komissiyası Novruz bayramının qeyd edildiyi ölkələrin mədəni yaxınlıqlarını vurğulamaq, həmçinin Novruz bayramının ümumbəşəri əhəmiyyətini qoruyub saxlamaq üçün təsis edilmişdir. Komissiyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Rusiya, Tacikistan, İraq və başqa ölkələr təmsil olunurlar.

yap.org.az

Digər xəbərlər