PDF Oxu

Siyasət

  • 7

Zərdabda “8 mart” Qadınlar gününə həsr edilən tədbir keçirilib

Zərdabda “8 mart” Qadınlar gününə həsr edilən tədbir keçirilib

Zərdab Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası(YAP) Zərdab rayon təşkilatının birgə təşkilatçılığı ilə "8 Mart" Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev və YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, əmək kollektivləri və ictimaiyyət nümayəndələri, YAP-ın fəal üzvləri olan qadınlar iştirak ediblər.İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bildirib ki, dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunan Azərbaycan qadını bu gün ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrilib. Azərbaycan qadınlarının ölkəmizin həyatındakı çoxşaxəli rolundan danışan natiq Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın uğurlu fəaliyyətini xatırladaraq deyib ki, onun gördüyü işlər Azərbaycanın dünyadakı nüfuzuna kifayət qədər uğurlar qazandırıb: "Mehriban xanım Əliyeva, Azərbaycan qadınına xas olan ən dəyərli keyfiyyətləri özündə birləşdirməklə paklıq və müqəddəslik rəmzi olan qadınlarımızı dünyada ləyaqətlə təmsil edir, xalqımızı başqa xalqların gözündə daim ucaldır"."Azərbaycan qadınları ilə bir sırada inamla addımlayan zərdablı qadınlar da bu gün iqtisadiyyatımızın gücləndirilməsində təhsil, səhiyyə, mədəniyyət, sahibkarlıq, aqrar və digər sahələrdə əzmlə çalışmaqla yanaşı, YAP sıralarında da yüksək səviyyədə təmsil olunurlar və fəallıq nümayiş etdirirlər"- deyə, qeyd edən İcra başçısı eyni zamanda bildirib ki, ölkənin ictimai-siyasi həyatında bir sıra uğurlar qazanan qadınlarızımızın partiya sıralarına daxil olmaları qürurvericidir.Tədbirdə fəal qadınların bir qrupuna Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı adından qiymətli hədiyyələr verilib. Eyni zamanda, partiya sıralarına qəbul edilən gənc qadınlara partiya vəsiqələri təqdim olunub.Tədbir konsert proqramı ilə davam etdirilib.

sia.az

Digər xəbərlər