PDF Oxu

Siyasət

  • 5

Aydın Mirzəzadə: “Mehriban Əliyevanın fəaliyyəti Azərbaycana şöhrət və dəyər gətirir”

Aydın Mirzəzadə: “Mehriban Əliyevanın fəaliyyəti Azərbaycana şöhrət və dəyər gətirir”

"Azərbaycanın birinci xanımı özünün fəaliyyəti, şəxsi keyfiyyətləri və cəmiyyətə açıqlığı ilə seçilir"

"Fransada fəaliyyət göstərən Ərəb Mədəni İrs Mərkəzi və Misirin "Nefertiti Media Productions" şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın 2014-cü ilin "Ən nüfuzlu qadını" adına layiq görülməsi tək ona deyil, ümumilikdə Azərbaycan qadınına verilən yüksək qiymətdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib.A. Mirzəzadənin sözlərinə görə, Fransa kimi qədim tarixə, yüksək mədəniyyətə malik olan bir ölkədə Azərbaycanın birinci xanımı haqqında müsbət fikirin formalaşması ölkəmizin növbəti uğuru kimi səciyyələndirilməlidir: "Mehriban Əliyeva özünün fəaliyyəti, şəxsi keyfiyyətləri və cəmiyyətə açıqlığı ilə həmişə seçilir. Onun gördüyü işlərin əks-sədası Azərbaycan sərhədlərindən çox-çox uzaqlara gedib çatır. Təbii ki, bu uğur münasibətilə biz Mehriban xanım Əliyevanı ürəkdən təbrik edir, onun fəaliyyətinin Azərbaycana şöhrət və dəyər gətirdiyini bildiririk. Azərbaycanın birinci xanımının başladığı hər bir layihə, ölkə naminə gördüyü hər bir iş ölkəmizin tanınmasına, eləcə də dövlətimizin daha da qüdrətlənməsinə və ölkəmiz haqqında təəssüratın genişlənməsinə səbəb olur".

sia.az

Digər xəbərlər