YAP Astara rayon təşkilatı qadınlar şurası 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edib
YAP Astara rayon təşkilatı qadınlar şurası 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə tədbir keçirib. Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar iştirak edib.
Bayram tədbirində YAP Astara rayon təşkilatı qadınlar şurasının sədri Aygül Məmmədova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün astaralı qadınları ürəkdən təbrik edərək, uğurlu fəaliyyət arzulayıb. Ölkəmizdə qadınların fəaliyyəti üçün geniş imkanların mövcudluğundan danışan A.Məmmədova, Astarada da bu sahədə müəyyən işlərin görüldüyünü, rayonun ictimai-siyasi həyatında qadınların xüsusi rol oynadığını qeyd edib. Rayon təşkilatı qalınlar şurasının sədri, həmçinin onu da vurğulayıb ki, tarix boyu Azərbaycan qadını özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə parlaq səhifələr yazmışdır: "Bu gün Azərbaycanda gender bərabəprliyi yüksək səviyyədə təmin edilib. Qadınlar Azərbaycanın bütün fəaliyyət sahələrində yüksək faizlə təmin olunurlar. Qadınların hüquqlarının qorunması, təmin edilməsi başlıca prioritet elan edilib. Təhsil sahəsində çalışanların böyük əksəriyyəti də məhz qadınlardır. Azərbaycanda qızların orta və ali təhsil almaları üçün hər cür şərait yaradılıb". Eyni zamanda, Azərbaycan qadınının şərəfinə müxtəlif şeirlər və mahnılar səsləndirildiyini deyən A.Məmmədova ölkəmizdə qadın adının daim müqəddəs və uca tutulduğunu söyləyərək Azərbaycanın bütün qadınlarını bayram münasibətilə təbrik edib.
YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov Azərbaycan qadınının mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxladığını vurğulayıb. Rayon təşkilatının sədri onu da qeyd edib ki, milli-əxlaqi dəyərlərimiz, mədəni-tarixi irsimiz və xalq adət-ənənələri xəzinəmiz məhz dilimizin saflığı keşiyində şərəflə dayanan nənələrin, anaların sayəsində mürəkkəb dövrlərin təqib və sınaqlarına qalib gələrək, bu günədək yaşamaqdadır: "Fərəhləndirici haldır ki, astaralı gənc xanım və qızlarımız bu nailiyyətlərin layiqli davamçıları kimi nəsillərin varisliyini təmin edirlər".
Bayram tədbirində YAP Astara rayon təşkilatının təlimatçısı Rübabə Bağırova, YAP Astara rayon təşkilatı qadınlar şurasının sədrinin müavini, RTŞ-nin müdiri Qızbəs Məmmədova, şəhər 4 saylı otra məktəbin müəllimi Ülkər Nəhmətova, şəhər 3 saylı orta məktəbin tərbiyyə işləri üzrə direktor müavini Elza Nəsirova, şəhər 5 saylı orta məktəbin tərbiyyə işləri üzrə direktor müavini Zamirə Mikayılova Martupa kənd kitabxanasının müdri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sakitə Ülvi, Təhsil İşçiləri Həmkalar Komitəsi rayon təşkilatının sədri Laləzər Qurbanova, 2 saylı tam orta məktəbinin direktoru, əməkdar müəllim Maya Həsənova və başqaları çıxış edərək müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətlərinin olduğunu qeyd ediblər.
Tədbirdə 5 saylı şəhər orta məktəbin şagirdlərinin ifasında analara həsr olunan şeirlər deyilib və mahnılar oxunub.
ÜLVİ