PDF Oxu

Siyasət

  • 7

Elmar Məmmədyarov ATƏT-in MQ həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib

Elmar Məmmədyarov ATƏT-in MQ həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə bazar ertəsi görüş keçirib. Bu barədə SİA Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayevə istinadən məlumat verir.Görüşdə Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər Jak For, İqor Popov və Ceyms Uorlik, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqədar narahatçılıq ifadə olunub.Paris görüşündə münaqişənin nizamlanması ətrafında danışıqlar prosesində mövcud vəziyyət müzakirə edilib.Elmar Məmmədyarov Azərbaycan tərəfinin mövqeyini təqdim edərək bildirib ki, erməni tərəfinin konstruktiv yanaşmaması münaqişənin həllinə, bölgədə sülh və sabitliyin bərpasına və sülh prosesinin irəliləməsinə əngəl törədir.Məmmədyarov Azərbaycan tərəfinin hərtərəfli sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bir daha təsdiqləyib, həmçinin sülhün irəliləməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.

sia.az

Digər xəbərlər