PDF Oxu

Siyasət

  • 5

Əhməd Vəliyev: “Müxalifətin proqnozları əsassızdır"

Əhməd Vəliyev: “Müxalifətin proqnozları əsassızdır"

"Onların Azərbaycanda Ukrayna hadisələrinin təkrarlanacağı ilə bağlı iddiaları isə cəfəngiyyatdır"

"Ukraynada baş verən hadisələrin Azərbaycanda təkrarlana biləcəyi ilə bağlı müxalifət düşərgəsinin verdiyi proqnozların heç bir əsası yoxdur və ola da bilməz. Bu sadəcə, siyasətdən uzaq insanların ağılsız fərziyyələridir. Gülağa Aslanlı və Arif Hacılı Ukraynaya getmək istədilər, amma alınmadı. Bu adamlar ora xalqın adından danışmaq üçün getmək istəyirdilər. Belə "siyasətçilər" Azərbaycan xalqının düşmənləridir". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlının və partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılının Ukraynaya alınmayan səfərlərinə münasibət bildirən millət vəkili Əhməd Vəliyev bildirib.Müxalifət rəhbərlərinin dövlətçiliyimizə və millətimizə qarşı düşmən mövqedə dayandığını diqqətə çatdıran Ə.Vəliyev onu da qeyd edib ki, müxalifət rəhbərləri həmişə boş danışıqlarla məşğul olurlar: "Onlar Ukraynada xalqın adından danışmaq istəyirlər, halbuki buna zərrə qədər haqqları yoxdur. Əmin olsunlar ki, özlərini ora-bura atmaqla heç bir pis hadisəni Azərbaycana gətirə bilməyəcəklər. Onların Azərbaycanda Ukrayna hadisələrinin təkrarlanacağı ilə bağlı iddiaları isə cəfəngiyyatdır. Azərbaycanın inkişafı, insanların əhval-ruhiyyəsi ən yüksək səviyyədədir".

sia.az

Digər xəbərlər