"Kim onlara səlahiyyət verib ki, Ukraynaya gedib hansısa məsələyə dəstək versinlər? Onlar heç kimdirlər. Heç öz işlərini doğru-dürüst həll etməyi bacarmayan bu insanlar, hansı haqqla hansısa ölkəyə gedib, kimlərəsə dəstək verir?". Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Müsavat Partiyası başqanının müavinləri Gülağa Aslanlı və Arif Hacılının Ukraynaya alınmayan səfərlərinə münasibət bildirərkən söyləyib.Partiya sədri, müxalifətdaxili gərgin vəziyyətə toxunaraq bildirib ki, bu insanlar dağılıb, pərakəndə vəziyyətə düşüblər: "Bunlar özləri pis vəziyyətdədirlər. Özləri heç bir iş görməyi bacarmırlar. Hamısı dağılıb, pərakəndə vəziyyətdədirlər. 2-3 nəfər qalıblar. Arif Hacılı provakatordur"
sia.az