ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri, konqresmen Bil Şuster Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar bəyanat vermişdir.
B.Şuster Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmiş və bu qətliamın miqyasının aparıcı beynəlxalq media qurumlarının hesabatlarında öz əksini tapdığını bildirmişdir.
Konqresmen bəyanatında Azərbaycanın ABŞ-ın güclü strateji müttəfiqi olduğunu xüsusi vurğulamışdır.
yap.org.az