"Dil və mədəniyyət festivalının keçirilməsi artıq bir ənənə halını alıb. Bu, Türk dilinin geniş yayılmasını, təbliğ olunmasını təmin edən bir festivaldır". Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, festival türk dilinin geniş miqyasda yayılması üçün böyük bir hadisədir. Onun sözlərinə görə, festivalda çox sayda uğur qazanan azərbaycanlılar da olub.
"Dil və mədəniyyət festivalı" ilə əlaqədar paytaxtımız Bakıya türk dünyasının müxtəlif ölkələrindən qonaqlar gəldi. Onlar səfərləri çərçivəsində ölkəmizin inkişafının şahidi oldular. Ümumilikdə isə belə tədbirlər dilin inkişafı, Türk dillərinin inteqrasiyası və dünyada tanınması, eyni zamanda müxtəlif xalqlar tərəfindən öyrənilməsi baxımından mühüm prosesdir"- deyə, komitə sədri vurğulayıb.
yap.org.az