PDF Oxu

Siyasət

  • 10

Musa Quliyev: Azərbaycan artıq özünün sosial-iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyub

Musa Quliyev: Azərbaycan artıq özünün sosial-iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyub

"Azərbaycan artıq özünün sosial-iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyub. Belə ki, ölkəmiz iqtisadiyyatda keçid dövrünü başa vurub, yoxsulluğun həddi 49 faizdən 5 faizə qədər azalıb, işsizliyin səviyyəsi 30 faizdən 5 faizə qədər azalıb". Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, yeni inkişaf mərhələsində Azərbaycanda sosial dövlət quruculuğu həyaat keçirilir. Onun sözlərinə görə, sosial dövlət dünyanın inkişaf etmiş dövlətlərindəki həyat şəraitini təmin edəcək bir cəmiyyətdir.

"Bu yöndə də artıq cənab Prezidentin atdığı real addımlar özünün müsbət nəticələrini göstərməkdədir. Bildiyiniz kimi ötən ilin sentyabr ayında büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları artırıldı. Eləcə də, 2014-cü ilin dövlət büdcəsində də artımlar nəzərdə tutulur. Belə ki, büdcənin 30 faizə qədəri sosial xərclərə sərf olunacaq. Eyni zamanda, artıq regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı yeni proqram qəbul olunub və həyata keçirilməyə başlanıb. Bu, Azərbaycan vətəndaşlarının rifahının bütün bölgələrdə yaxşılaşmasına gətirib çıxaracaq"- deyə, M.Quliyev vurğulayıb.

yap.org.az

Digər xəbərlər