PDF Oxu

Siyasət

  • 7

Elman Abdullayev: Hər üç ölkə bərabər şəkildə öz səylərini ortaya qoymalıdır

Elman Abdullayev: Hər üç ölkə bərabər şəkildə öz səylərini ortaya qoymalıdır

"Bölgənin sabitliyini və təhlükəsizliyini təhdid altına alan başlıca səbəb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu məsələ Cənubi Qafqaz üçün böyük bir təhlükə törədir". Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

E.Abdullayev bildirib ki, bu münaqişə öz həllini tapmayınca Cənubi Qafqazın inkişaf prespektivləri getdikcə tükənir və məhdudlaşır. Onun sözlərinə görə, təbii ki, bu münaqişənin həllində birmənalı şəkildə beynəlxalq aktorların, xüsusilə münaqişənin həllinə cəlb olunmuş ATƏT-in Minsk qrupu həmsədrlərinin və beynəlxalq ictimaiyyətin səylərinin bir araya gəlməsi də önəmlidir.

"ATƏT-in Minsk qrupu bir və yaxud iki ölkədən ibarət deyil. Minsk qrupunun həmsədrləri isə üç ölkədən ibarətdir. Təbii ki, hər üç ölkə bərabər şəkildə öz səylərini ortaya qoymalıdır. Azərbaycan müştərək səylərin bir araya gəlib münaqişənin həllinə yönəlməsinin tərəfdarıdır. Biz bu məsələni beynəlxalq arenaya, təşkilatlara çıxararkən onları daimi olaraq bu məsələdə qətiyyətli, obyektiv və eyni zamanda qərəzsiz mövqe tutmağa çağırırıq"- deyə, E.Abdullayev qeyd edib.

yap.org.az

Digər xəbərlər