"Bunu bütün dünya bilir ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən, məhz Rusiyanın dəstəyi ilə işğal olunub. Dağlıq Qarabağ onsuz da işğal altındadır. Digər tərəfdən, Ukraynaya müdaxilə Rusiyanı çətin vəziyyətə salıb. Ona görə, səslənən bu iddianın özünü doğruldacağına inanmıram". Bu fikirləri millət vəkili Ülvi Quliyev bəzi politoloqların "Rusiya qoşunları Krımı zəbt edəndən sonra Qarabağa gələcək" iddialarına münasibət bildirərkən deyib.O qeyd edib ki, hələ bundan sonra Rusiyanın Krımda hansı vəziyyətlə ratlaşacağı sual altındadır: "Rusiyanın vəziyyəti o qədər gərgindir ki, onu çox böyük sanksiyalar gözləyir. Rusiyaya qarşı Amerika və Avropa tərəfindən hesabların dondurulmasından tutmuş, neftin qimətinin aşağı salınmasına qədər müxtəlif sanksiyalar tətbiq olunacaq. Rusiyanın bu məsələlərdən başı açılmayacaq. Ona görə də, Rusiyanın belə bir addım atacağını düşünmürəm".
sia.az