PDF Oxu

Siyasət

  • 10

Gənclər dövlət qayğısından məmnundurlar

Gənclər dövlət qayğısından məmnundurlar

Ölkəmizdə bütün sahələr sürətlə inkişaf edir. Bu, dövlətin xüsusi diqqət və qayğısının nəticəsidir. Azərbaycanda gənclərə də xüsusi diqqət və qayğı göstərən dövlətimiz gənclərin inkişafına böyük önəm verir. Dövlət gənclər siyasəti ətrafında söhbət apardığımız müsahiblərimiz dövlətin gənclərə göstərdiyi qayğıdan, diqqətdən məmnun olduqlarını bildirdilər.

YAP Gənclər Birliyinin Xətai rayon təşkilatının idarə heyətinin üzvü,

Tərlan Səfərov:

- Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyev hər bir sahəyə olduğu kimi gənclər də xüsusi diqqət və qayğı ilə yanaşır. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və ictimai -siyasi, sosial-iqtisadi, elmi-mədəni, humanitar və başqa sahələrdə də tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalmaqdadır.

YAP Gənclər Birliyinin Ağdaş rayon təşkilatının sədri,

Anar Şahmuradov:

- Gənc nəslə qayğı və onun gələcək inkişafının himayə olunaraq təmin edilməsi ölkəmizdə dövlət siyasətidir. Bu siyasətin əsası isə hələ Ulu Öndərimizin sovetlər dönəmində ölkəmizə rəhbərliyi zamanı qoyulmuşdur. Azərbaycanda həyata keçirilən gənclər siyasətinin aparıcı istiqaməti gənc nəslin mənəvi-fiziki potensialının möhkəmləndirilməsi və bu potensialın tam açılmasına xidmət edən kompleks tədbirlərin reallaşdırılmasıdır. "Gənclər siyasəti haqqında" qanunda gənclər siyasətinin prinsiplərindən biri gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə, rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasıdır. Müstəqil Azərbaycan dövləti iqtisadi cəhətdən günbəgün güclənməkdədir. İqtisadiyyatımızın güclənməsi isə hər bir sahədə inkişafa gətirib çıxarır. Məhz bu inkişaf ölkədə həyata keçirilən gənclər siyasətinə də öz müsbət təsirini göstərir. Respublikanın müxtəlif rayonlarında Olimpiya-İdman komplekslərinin tikilərək istifadəyə verilməsi, Milli Ordumuzun gücləndirilməsi üçün görülən misilsiz işlər, xarici ölkələrdə dövlət hesabına tələbələrin təhsil alması, yüksək balla ali məktəblərə qəbul olunmuş tələbələrə prezident təqaüdünün verilməsi, idmançılara göstərilən diqqət-qayğı, dövlət qulluğunda gənclərə üstünlük verilməsi dövlətimizin və eləcə də Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycan gənclərinə verdiyi böyük önəmin bariz nümunəsidir.

YAP Gənclər Birliyinin Gəncə şəhər təşkilatının təşkilati işlər departamentin sədri, İsrafil Vəliyev:

- Bu gün dövlət büdcəsindən gənclər siyasətinin sistemli və ardıcıl surətdə həyata keçirilməsi üçün kifayət qədər vəsait ayrılır, gənclərin intellektual inişafına böyük önəm verilir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yetişməkdə olan gənc nəslin fiziki cəhətdən sağlam, bilikli olması və eyni zamanda onlarda milli şüurun formalaşdırılmasının vacibliyini xüsusi olaraq qeyd edir. Gəncliyin inkişafı cəmiyyətin və xalqın elmi-texniki inkişafı, ziyalı potensialının tərəqqisi, milli mentalitetimizə, milli - mənəvi dəyərlərimizə xas xüsusiyyətlərin qorunub saxlanması deməkdir. Bütün bunlara əsaslanaraq belə bir qənaətə gəlmək olur ki, xalqımız xoşbəxt xalqdır və onun gələcəyi parlaqdır, çünki ölkəmizin gələcəyi olan gənclərimizin Cənab İlham Əliyev kimi böyük himayədarı vardır.

Cahid Süleymanov

Digər xəbərlər