2014-2020-ci illər ərzində Azərbaycanda ümumilikdə 512,5 meqavat gücündə külək elektrik stansiyaları tikiləcəkdir.
Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən bildirmişlər ki, üç mərhələdə reallaşdırılması planlaşdırılan layihələrin 2014-2016-ci illəri əhatə edən birinci mərhələsində 150 meqavat külək elektrik stansiyaları tikilərək istifadəyə veriləcəkdir. İkinci mərhələdə, yəni 2017-2018-ci illər ərzində 150 meqavat gücündə və 2019-2020-ci illəri əhatə edən üçüncü mərhələdə isə 212,5 meqavat gücündə külək elektrik stansiyaları inşa ediləcəkdir.
yap.org.az