Martın 12-də Bakıda "2020 və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi" mövzusunda Azərbaycan İnvestisiya Sammiti işə başlamışdır.
Respublikamızın perspektivdəki iqtisadi inkişafı üçün imkanların müzakirə edilməsi məqsədilə Azərbaycan İnvestisiya Sammitində bir çox ölkədən təşrif buyurmuş təşkilatların rəhbərləri, sərmayəçilər, iqtisadi siyasətin həyata keçirilməsinə cavabdeh olan şəxslər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Sammiti açan "The Economist" jurnalının sənaye sektoru üzrə redaktoru Saymon Rayt Azərbaycanın son illərdəki uğurlu inkişafından və perspektivlərdən danışmışdır.
O qeyd etmişdir ki, böyük neft-qaz ehtiyatlarına malik olan Azərbaycanın əldə etdiyi mənfəət respublika iqtisadiyyatında ikirəqəmli artıma səbəb olaraq ölkəni yeni inkişaf səviyyəsinə yüksəltmişdir. Neft hasilatı sabit səviyyədə qaldığı üçün Azərbaycan iqtisadiyyatını şaxələndirməyə üstünlük verir.
Sammit panel iclasları ilə davam etdirilir.
yap.org.az