"Son vaxtlar Qarabağ probleminə dünyada xüsusi həssaslıqla yanaşılır. Bu da cənab Prezidentin atdığı qətiyyətli addımların nəticəsidir. Biz istəyirik ki, bu görüşdə müsbət nəticə əldə olunsun. Təbii ki, əgər Ermənistan prezidenti özünün qeyri-konstruktiv mövqeyindən əl çəkəcəksə müsbət nəticə əldə olunacaq, qeyri-konstruktiv mövqeyi isə həmişəki kimi keçərli olmayacaq. Artıq Azərbaycan böyük gücə malikdir və dünya da bizim mövqeyimizi dəstəkləməkdə davam edir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fərhad Qəribov bildirib.Azərbaycan və Ermənistan prezidentlərinin yaxın müddətdə baş tutacaq görüşü ilə bağlı suallarımızı cavablandıran millət vəkili F.Qəribov qeyd edib ki, Azərbayacnın mövqeyi həmişə konkret olub: "Bizim ərazi bütövlüyümüz təmin edilməlidir. Ermənistan rəhbərliyi artıq başa düşməlidir ki, geri çəkilmək vaxtıdır. Əks təqdirdə, Ermənistana heç də yaxşı şeylər vəd edilmir. Çünki işğalçılıq siyasəti uzun sürə bilməz, gec-tez bunun qarşısı alınmalıdır".Rusiya-Ukrayna münasibətlərinə də toxunan millət vəkili onu da əlavə edib ki, hələlik Rusiya ənənəvi oyunlarını davam etdirir: "Hansı məqsədlə edir, bunu özü bilir. Ancaq Rusiya Ukraynada istədiyinə nail ola bilməyəcək. Ən əsası, nəticədə Ukraynanın sərhədləri bölünməyəcək".
sia.az