PDF Oxu

Siyasət

  • 10

Elman Məmmədov: “Ukrayna böyük dövlətlərin tələsinə düşdü”

Elman Məmmədov: “Ukrayna böyük dövlətlərin tələsinə düşdü”

"Mart ayının sonunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət irəlləyişlərin olacağını gözləyirik". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, danışıqların nəticəsini indidən proqnozlaşdırmaq mümkün deyil.Amerikalı həmsədr Ceyms Uorlikin Krım hadislərinin Dağlıq Qarabağ münaqişəsinin həllində yeni imkanlar yaradacağı fikrinə də münasibət bildirən millət vəkili qeyd edib ki, hər zaman ermənilərin mövqeyini dəstəkləyən amerikalının belə bir fikir səsləndirməsinin arxasında nə dayandığını söyləmək çətindir: "Amma Ukrayna məsələlərinin regionun digər ölkələrinə də təsir edib-etməyəcəyi ilə bağlı onların hər hansı bir planlarının olduğunu da söyləyə bilərik. Dünya birliyinin Ukrayna məsələlərinə bu cür yanaşdığı halda, Dağlıq Qarabağ münaqişəsini görməzlikdən gəlməsi ikili deyil, üçlü yanaşmadır. Məsələlərin həllində güc dövlətlərinin maraqları daha çox rol oynayır. Ukrayna dünyanın siyasi xəritəsini yenidən yaratmaq uğrunda mübarizə aparan böyük dövlətlərin qurduğu tələyə düşən dövlətlər sırasına daxil oldu. Amma Azərbaycan hər zaman müstəqil və balanslı siyasət yürüdən dövlət olduğu üçün, belə dövlətlərin marağında deyil".

sia.az

Digər xəbərlər