PDF Oxu

Siyasət

  • 7

"ABŞ Dövlət Departamenti obyektiv rəy söyləmək fikrindən uzaqdır"

"ABŞ Dövlət Departamenti obyektiv rəy söyləmək fikrindən uzaqdır"

"ABŞ Dövlət Departamentinin son hesabatı əvvəllər Azərbaycanla bağlı hazırladıqları qeyri-obyektiv, bəzi məqamlarda isə qərəzli hesabatlardan heç də fərqlənmir. Bu hesabatları dinlədikdə insanda belə bir təsəvvür formalaşır ki, hesabatı hazırlamamışdan əvvəl onlar ümumiyyətlə Azərbaycanla əlaqə saxlamır, eyni zamanda rəy verdikləri və qiymətləndirdikləri məsələləri araşdırmırlar". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov mövcud hesabata münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti bütövlükdə Azərbaycanla bağlı obyektiv rəy söyləmək fikrindən uzaqdır: "Bunun səbəbini söyləməkdə çətinlik çəkirəm. Çünki Azərbaycan Amerikanı özünə strateji tərəfdaş hesab edir, terrorizmə qarşı mübarizədə və digər məsələlərdə hər zaman onlara dəstək olmuşuq. Bu gün ölkəmiz öz mövqeyi ilə həm Avropaya, həm də dünyanın inkişaf edən dövlətlərinə mesaj göndərir ki, Azərbaycan həmişə demokratiyaya sadiq qalan gənc ölkədir".Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edən dövlətlərdən birinin ABŞ olduğunu diqqətə çatdıran millət vəkilinin sözlərinə görə, həmin dövlət həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi təmsil olunur: "Təəssüf ki, ABŞ Dövlət Departamenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və hazırkı vəziyyət, Ermənistan tərəfindən son vaxtlar atəşkəs rejiminin intensiv şəkildə pozulmasına münasibət bildirərək ABŞ-dakı öz həmsədrini problemin həllində bir az fəal olmağa təşviq etmək əvəzinə, bu cür hesabatları yaymaqla məşğuldur".

sia.az

Digər xəbərlər