PDF Oxu

Siyasət

  • 10

Rüfət Məmmədov: Ölkəmiz sabit inkişaf edən iqtisadiyyata malikdir

Rüfət Məmmədov: Ölkəmiz sabit inkişaf edən iqtisadiyyata malikdir

"Ölkəmiz sabit inkişaf edən iqtisadiyyata malikdir. Son bir ildə Azərbaycanın investisiya reytinqi də artıb". Bu fikirləri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri Rüfət Məmmədov deyib.

R.Məmmədov bildirib ki, Azərbaycan hazırda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirir. Onun sözlərinə görə, ötən il qeyri-neft sektorunda Ümimi Daxili Məhsul 10 faiz artıb.

Bu gün Azərbaycanda əmək bazarının artdığını deyən R. Məmmədovun sözlərinə görə, Azərbaycanın 140 ölkə ilə ticarət əlaqələri var, ölkədəki nəqliyyat infrastrukturu inkişaf edir.

"Biz xarici investorları yerli investorlara bərabər tuturuq. Onlar üçün eyni şərait və şərtlər yaradılır. Bu gün olduqca böyük həcmdə investisiyalar həyata keçirilib. Son illər ölkə iqtisadiyyatında böyük artım olub ki, bu da özəl sektorun inkişafı və rolu ilə bağlıdır. Gələcək illərdə kənd təsərrüfatı və emalın inkişafı ÜDM-in 45faizini təşkil edəcək. Son illər Azərbaycanın turizm sahəsində gəlirlər əldə olunur ki, bu da xarici investorları bu sahəyə cəlb edir. Ölkədə İKT sahəsi də böyük inkişaf rolu keçib. Azərbaycan özü üçün iqtisadiyyatı inkişaf etmiş ölkə olmaq strategiyasını əsas götürüb"- deyə, R.Məmmədov qeyd edib.

yap.org.az

Digər xəbərlər