PDF Oxu

Siyasət

  • 9

Bakıda MDB Parlament Assambleyasının büdcə nəzarəti komissiyasının iclası keçiriləcəkdir

Bakıda MDB Parlament Assambleyasının büdcə nəzarəti komissiyasının iclası keçiriləcəkdir

Martın 13-də Azərbaycan Respublikasının Milli Məclisində MDB Parlamentlərarası Assambleyasının büdcə nəzarəti komissiyasının iclası keçiriləcəkdir. Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, iclasda komissiyanın 2013-cü ildə fəaliyyətinin yekunları, MDB PA-nın 2014-cü il üçün iş planı, "MDB PA-nın fəaliyyətinin maliyyələşdirilməsi haqqında" qərar layihəsi müzakirə olunacaq, maliyyə və təşkilati məsələlərə baxılacaqdır.

İclasda, həmçinin MDB Dövlət Başçıları Şurası və MDB Hökumət Başçıları Şurası tərəfindən qəbul edilmiş dövlətlərarası sənədlərin qüvvəyə minməsi üçün görülən işlər, MDB gənclər təşkilatının keçirdiyi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə olunacaqdır.

Yığıncaqda Azərbaycanın sosial-iqtisadi vəziyyəti, Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi üzrə Beynəlxalq İnstitutun Bakı filialının fəaliyyəti barədə məruzələr dinləniləcəkdir.

yap.org.az

Digər xəbərlər