PDF Oxu

Siyasət

  • 12

Mikayıl Cabbarov: Hazırda Azərbaycan iqtisadiyyatının peşə təhsili olan kadrlara ehtiyacı var

Mikayıl Cabbarov: Hazırda Azərbaycan iqtisadiyyatının peşə təhsili olan kadrlara ehtiyacı var

"Təhsil sahəsindəki islahatların sürəti sistemin dəyişikliyə hazırlığından asılıdır". Bu fikri təhsil naziri Mikayıl Cabbarov deyib.

M. Cabbarov bildirib ki, insanlar həyatda uğur qazanmaqda təhsil almağın əsas şərt olduğunu görəndə inkişaf geri dönməz olacaq". Onun sözlərinə görə, peşə təhsili də Azərbaycanda çox vacibdir.

"Hazırda Azərbaycan iqtisadiyyatının peşə təhsili olan kadrlara ehtiyacı var. Almaniya və İsveçrənin peşə təhsili modellərindən istifadə etməyi düşünürük. Ən vacib məsələ məzmundur. Bütün imkanları bir səbətə qoymuruq, bu üsulların özünü necə göstərdiyinə baxmaq istəyirik. Bütün hallarda, peşə təhsili bizim üçün ən vacib prioritetlərdən biridir"- deyə, nazir vurğulayıb.

yap.org.az

Digər xəbərlər