PDF Oxu

Siyasət

  • 10

“Əkrəm Əylisli Azərbaycan millətini təmsil edəcək yazıçı və ziyalı deyil”

“Əkrəm Əylisli Azərbaycan millətini təmsil edəcək yazıçı və ziyalı deyil”

"Əkrəm Əylisli Azərbaycan millətini təmsil edəcək yazıçı və ziyalı deyil. O hansı mükafatı alırsa-alsın, bunun heç bir əhəmiyyəti yoxdur". Bu sözləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu xarici ölkələrin bir qrup alim və ədəbiyyatçıları tərəfindən Əkrəm Əylislinin "Nobel" mükafatına namizəd göstərilməsinə münasibət bildirərkən söyləyib.Baş redaktorun sözlərinə görə, Əkrəm Əylislinin bu mükafata layiq görülməsi və burada erməni izinin olması onu göstərir ki, "Daş yuxular" əsəri ermənilərin sifarişi ilə məqsədyönlü şəkildə yazılıb: "Bu şəxsin ermənilərə və islamafob dairələrə xidmət etdiyi aydın şəkildə hər kəsə bəllidir.Vətənpərvərlik mövqeyi, vətəndaşlıq məsuliyyəti olan bir yazıçı üçün ən böyük mükafat xalqın sevgisidir. Xalqın sevgisini itirən, onun iradəsinin əleyhinə yazılar yazan və milli mənəviyyatı heçə endirən bir yazıçı hansı mükafatı alırsa-alsın, onun bir qəpiklik qiyməti yoxdur. Çünki Allah hər bir insanı bir xalqın nümayəndəsi olaraq yaradır. Ziyalı, alim, yazıçı, şair və s. ilk növbədə, milli mənsəblərə və məramlara xidmət etməlidir. Milli olmayan beynəlmiləlçi də ola bilməz. Milli mahiyyət kəsb etməyən yazıçının əsərləri heç beynəlmiləl mahiyyət də kəsb edə bilməz".

sia.az

Digər xəbərlər