PDF Oxu

Siyasət

  • 9

YAP rəsmisi: “Azər Əsgərov heç vaxt YAP-ın üzvü olmayıb”

YAP rəsmisi: “Azər Əsgərov heç vaxt YAP-ın üzvü olmayıb”

Bir həftə öncə AXCP-nin qərargahı yerləşən binada baş vermiş partlayışdan sonra həmin binada yaşayanlar və icarəçilər oranı tərk etsələr də hələ də bu hadisəyə rəng verənlər tapılır. "Azadlıq" qəzetinin internet versiyasında da özünü həmin mülkün sahibi kimi təqdim edən Azər Əsgərov adlı şəxs binanın biləırəkdən partladıldığı barədə ittihamlar irəli sürməklə yanaşı, həm də özünü Yeni Azərbaycan Partiyasının (YAP) keçmiş üzvü kimi təqdim edib.

SİA-nın əməkdaşına açıqlamasında YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib ki, bu məlumat kökündən yanlışdır, AXCP-nin növbəti təxribatıdır: "Azər Əsgərov adlı şəxs heç vaxt YAP-ın sıralarında təmsil olunmayıb. Onun özünü "keçmiş üzv" kimi təqdim etməyə haqqı yoxdur. AXCP və bu partiyanın arxasında dayanan məlum qüvvələr belə saxta üzvlərdən istifadə etməklə YAP-ın cəmiyyətdəki nüfuzuna zərər vurmağa çalışırlar. Amma belə yalanların, fərziyyələrin, qarayaxmaların dövrü çoxdan keçib. Bunu cəbhəçilər və onların ətrafında olanlar nəhayət anlamalıdırlar".

sia.az

Digər xəbərlər