PDF Oxu

Siyasət

  • 9

“Beynəlxalq aləmdə dövlətimizin nüfuzunun artması ilə bağlı ciddi işlər görülüb”

“Beynəlxalq aləmdə dövlətimizin nüfuzunun artması ilə bağlı ciddi işlər görülüb”

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyəti sistemli, bu günün və sabahın problemlərinin həllinə yönəlmiş düşünülmüş siyasətdir". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə dövlət başçısının rəhbərliyi ilə Azərbaycan Regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı aparılan işlərə münasibət bildirərkən deyib.Parlament üzvünün sözlərinə görə, dövlət başçısının bütün sahələr üzrə atdığı addımlar həmin sahədə ciddi dəyişikliklərin yaranmasına səbəb olur: "Onun ölkəmizə rəhbərlik etdiyi 11 il ərzində Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, müstəqilliyinin qorunub saxlanması, daxili siyasi sabitliyin təmin edilməsi, eləcə də beynəlxalq aləmdə dövlətimizin nüfuzunun artması ilə bağlı çox ciddi işlər görülüb. İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan Regionlarının sosial-iqtisadi inkişafı ilə bağlıdır. İlk növbədə Azərbaycanda inkişaf mərkəzinin paytaxtdan regionlara keçməsi regionların potensialından və resurslarından istifadə edərək, simasının dəyişməsinə gətirib çıxarıb. Məhz bunun nəticəsi olaraq ölkədə minlərlə yeni iş yeri və regionlarda xeyli sayda müəssisələr açılıb. Eləcə də sosial obyektlər tikilib və infrastruktur yaxşılaşıb.Son 10 il ərzində bir milyondan çox yeni iş yerlərinin mütləq əksəriyyəti regionlarda yaranıb. Heç də təsadüfi deyil ki, artıq regionlara sərmayə qoyan həm daxili, həm də xarici sərmayədarların sayı durmadan artır. Cənab Prezidentin düşünülmüş siyasəti vətəndaşların sosial mühitinin yaxşılaşmasına, Azərbaycanın iqtisadi qüdrətinin və eyni zamanda beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olur. Azərbaycanın Regionlarının sosial-iqtisadi inkişafı təcrübəsi digər dövlətlərin də böyük marağına səbəb olur. Təbii ki, bu təcrübə də öyrənilir. Hesab edirəm ki, aparılan siyasət ilk növbədə, Azərbaycan vətəndaşının problemlərinin həll olunmasına, onun həyatının və fəaliyyətinin dövlət tərəfindən qorunub saxlanmasına yönəlib".

sia.az

Digər xəbərlər