Azərbaycana səfər edən turistlərin sayının yaxın 3-5 il ərzində 30-40 faiz artması gözlənilir. Bu barədə mədəniyyət və turizm Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.
Ə.Qarayev bildirib ki, "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasında ölkədə turizmin inkişafı ilə bağlı vəzifə və hədəflər əks olunub. Onun fikrincə, 2020-ci ilədək Azərbaycana hər il beş milyon turist gələcək. Bu, turizm sənayesinin mükəmməl şəkildə fəaliyyət göstərməsinə imkan verəcək.
"Nazirlik bundan sonra da təbliğat xarakterli müxtəlif tədbirlər keçirmək niyyətindədir. Bundan başqa, Azərbaycan getdikcə daha çox iri beynəlxalq mədəni, iqtisadi, idman tədbirlərinin keçirildiyi yerə çevrilir ki, bu da ölkəyə gələn turistlərin sayına müsbət təsir edir. Gələn il Azərbaycanda ilk Avropa Olimpiya Oyunları, III Mədəniyyət Forumu, musiqi və idman yarışları keçiriləcək. Bütün bunlar Azərbaycanda turizmin inkişafında mühüm rol oynayacaq"- deyə, nazir vurğulayıb.
yap.org.az