"Müsavat başqanının müavinlərinin Ukraynaya səfər etmək niyyətləri çox anormal istəkdir. Onlar oraya xoş niyyətlə getmirlər. Bu cür hərəkətlər başıboşluqdan xəbər verir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı və Gülağa Aslanlının Ukraynaya baş tutmayan səfərlərinə münasibət bildirərkən söyləyib.Partiya sədri, həmçinin, qeyd edib ki, Müsavat Partiyası rəhbərliyi xoş niyyətlə heç yana getmir: "Onlar yaxşı məqsədlə heç bir yerə getmirlər. Oraya getmək niyyətlərində də ayrıseçkilik, parçalamaq istəyi dayanıb".
sia.az