"Martın 15-dən başlayaraq paytaxt Bakıda təşkil olunacaq yarmarkalar müasir standartlara cavab verəcək". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev belə deyib.Onun sözlərinə görə, yarmarkaların görünüşünün dəyişməsi ilə bağlı ölkə prezidenti müvafiq sərəncam imzalayıb: "Sərəncam çərçivəsində aidiyyatı orqanlara tapşırıqlar verilib. Nəzərdə tutulub ki, yarmarkalar müasir standartlara, sanitar-gigeynik qaydalara cavab verməlidir. Bu, bizim qarşımıza məqsəd kimi qoyulub. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi aidiyyəti qurumlarla birlikdə yarmarkaların müasir standartlara cavab verməsi üçün müəyyən tədbirlər görür. Martın 15-dən başlayaraq 5 gün müddətində şəhərin müəyyən ərazilərində yarmarkalar keçiriləcək. Yarmarkaların keçiriləcəyi yerlər örtülü olacaq. Eyni zamanda içərisində sanitar şəraiti, kafesi və tullantılar üçün xüsusi yerlər təşkil ediləcək".Nazirlik rəsmisi bildirib ki, hazırda yerli və xarici mütəxəssislər vasitəsilə bazarlarda monitorinq aparılır: "Monitorinqlərin nəticəsi olaraq yarmarkalarda kənd təsərrüfatı məhsulları bazar qiymətindən 20, 30, hətta 40% aşağı satılacaq. İlk növbədə, məhsulların keyfiyyəti yüksək olmalıdır. Bu məsələlər aidiyyəti xidmətlər tərəfindən araşdırılır".
sia.az