"Müsavat Partiyası təmsilçilərinin Ukraynaya səfər etmək istəməsinin müsbət tərəfləri haqqında deyə bilmərəm, lakin bunun mənfi tərəfləri var". Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı və Gülağa Aslanlının Krıma baş tutmayan səfərlərinə münasibət bildirərkən söyləyib.Partiya sədri, qeyd edib ki, bu səfərin mənfi tərəflərindən biri də odur ki, Müsavat Partiyası Ukraynanın daxili işlərinə qarışmamalıdır: "Ukraynada baş verən hadisələr ölkənin daxili işləridir və Müsavat Partiyası nümayəndələri bu kimi daxili məsələlərə qarışmamalıdır".
sia.az