"Hər halda münaqişənin ölü nöqtədən tərpənmək imkanı var". Bunu SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri Ceyms Uorlikin "Moskvada həmsədrlərin keçirdikləri məsləhətləşmələrin Dağlıq Qarabağ münaqişəsinin həllində faydası olub" kimi bəyanatına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, son dövrlərdə Rusiyanın apardığı siyasət nəticəsində Dağlıq Qarabağın və işğal olunmuş torpaqlarımızın Azərbaycana qaytarılması söhbətinə bir növ şübhə ilə yanaşılır: "Çünki Rusiya Ermənistanla müəyyən dərəcədə strateji tərəfdaşlıq edir və onun maraqlarını qorumaqla məşğuldur".
sia.az