PDF Oxu

Siyasət

  • 33

Elman Nəsirov: İntensivlik kəmiyyət baxımından diqqəti cəlb edir

Elman Nəsirov: İntensivlik kəmiyyət baxımından diqqəti cəlb edir

"Son zamanlar xarici işlər nazirləri səviyyəsində təmaslar artıb. Bu mənada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Parisdə, Edvard Nalbandyanın isə Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə baş tutan görüşünü qeyd edə bilərik. Bütün bunlar münaqişənin həlli ilə bağlı intensivliyin artmasını göstərir". Bu fikirləri politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, bu intensivlik hələlik, kəmiyyət baxımından diqqəti cəlb edir. Onun sözlərinə görə, keyfiyyət baxımından isə ortada heç bir dəyişiklik yoxdur.

"Nəzərə alsaq ki, danışıqlar məxfi xarakter daşıyır və detallar açıqlanmır, ancaq nəticə etibarı ilə bu dəfə baş tutan danışıqlar prezidentlər səviyyəsində növbəti görüşün keçirilməsinə hədəflənib. Çünki Vyanada baş tutan əvvəlki görüşdə nəzərə alınmışdı ki, qarşıdakı müddət ərzində prezidentlər səviyyəsində görüş olacaq. Həmin görüş Soçi olimpiadası çərçivəsində nəzərdə tutulmasına baxmayaraq, Ermənistanın məlum mövqeyi səbəbindən görüş alınmadı. Ona görə də, prezidentlər səviyyəsində görüşün baş tutmasına ciddi cəhdlər edilir. Həmsədrlər belə görüşlərin keçirilməyəcəyi təqdirdə hadisələrin nəzarətdən çıxması ehtimalının artacağını bilirlər"- deyə, politoloq qeyd edib.

sia.az

Digər xəbərlər