PDF Oxu

Siyasət

  • 23

Sədaqət Vəliyeva: Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır

Sədaqət Vəliyeva: Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır

"Azərbaycan ərzaq təhlükəsizliyini təmin edə bilən ölkələrdəndir". Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin apardığı siyasətin prioritetlərindən biri də odur ki, ölkə ekoloji baxımdan təmiz və keyfiyyətli məhsullarla təmin edilsin.

"Bu baxımdan, ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" xüsusi rolu var. Son 10 il ərzində Azərbaycanda aqrar sektora olan böyük diqqət nəticəsində ölkənin kənd təsərrüfatı məhsulları ilə təminatında ciddi irəliləyişlər olub. Məhz, kənd təsərrüfatında vergi güzəştlərinin tətbiqi, fermerlərə genişmiqyaslı dövlət dəstəyinin verilməsi, fermerlərin fəaliyyətinin stimullaşdırılması, məhsulun maya dəyərinə çəkilən xərclərin azaldılması məqsədilə yanacaq və mühərrik yağına, buğda və çəltik səpininə, toxum istehsalına və gübrə satışına subsidiyaların verilməsi, həmçinin, kənd təsərrüfatı texnika və avadanlığının güzəştli lizinq şərtlərlə fermerlərə satılması bu sahədə böyük nailiyyətlərin əldə olunmasına gətirib çıxarıb. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Dövlət Proqramı kənd təsərrüfatı sahəsində də ciddi irəliləyişlərin olmasına və ərzaq təhlükəsizliyinin daha da etibarlı təminatına şərait yaradacaq"- deyə, komitə üzvü qeyd edib.

yap.org.az

Digər xəbərlər