PDF Oxu

Siyasət

  • 23

Təhsil naziri: Gənclərin xaricdə təhsilinə dair Dövlət Proqramı sayəsində yüzlərlə gənc Azərbaycana qayıdır və işləyir

Təhsil naziri: Gənclərin xaricdə təhsilinə dair Dövlət Proqramı sayəsində yüzlərlə gənc Azərbaycana qayıdır və işləyir

"Azərbaycanda təhsil sahəsində islahatlar davamlı və ardıcıl olmalıdır". Bu fikri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, islahatlardan böyük gözləntilər var, lakin iddialar reallıqlara söykənməlidir. Onun sözlərinə görə, islahatların sürəti sistemin həmin islahatlara hazırlığından asılıdır.

"Bu gün 2007-2015-ci illərdə azərbaycanlı gənclərin xaricdə təhsilinə dair dövlət proqramı sayəsində minlərlə azərbaycanlı tələbə xaricdə təhsil alır, yüzlərlə gənc Azərbaycana qayıdır və işləyir. Lakin bu proqramların başa çatmasından sonra nə olacağı, ölkəyə istedadların, yaxşı mühazirəçinin necə cəlb ediləcəyi barədə düşünmək lazımdır"- deyə, nazir vurğulayıb.

yap.org.az

Digər xəbərlər