PDF Oxu

Siyasət

  • 29

Mübariz Qurbanlı: Danışıqların davam etdirilməsi daha məqbuldur

Mübariz Qurbanlı: Danışıqların davam etdirilməsi daha məqbuldur

"Qlobal miqyasda gedən indiki proses fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmsədrlərin fəallaşması və danışıqların davam etdirilməsi müsbət hal kimi qeyd oluna bilər". Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

"Azərbaycan bu münaqişənin həlli ilə bağlı mövqeyi tam açıq olan ölkədir. Ərazi bütövlüyümüzün bərpası bizim əsas məqsədimizdir. Bu çərçivədə də danışıqlar aparılır. Hesab edirəm ki, həm Prezidentimizin, həm də xarici işlər nazirinin apardıqları danışıqlar prosesə müəyyən təkan verə bilər. Buna görə də, danışıqların davam etdirilməsi məqbuldur"- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər