Paytaxtın Xəzər rayonunun qəsəbələrində Heydər Əliyev Fondunun təşəbbüsü ilə və Dövlət Proqramı çərçivəsində bir sıra təhsil müəssisələrinin əsaslı təmiri həyata keçirilmişdir.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, Buzovna qəsəbəsində 26, 125, 206 və 234 nömrəli, Binə qəsəbəsində 121 nömrəli məktəblərin əsaslı təmiri başa çatdırılmış və şagirdlərin istifadəsinə verilmişdir. Qala qəsəbəsində isə 185 nömrəli məktəb üçün yeni korpus tikilmişdir.
Hazırda Şüvəlan qəsəbəsi 2 nömrəli xüsusi təyinatlı internat məktəbinin və 4 nömrəli internat məktəbin yeni binalarının tikintisi davam etdirilir.
Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın binasının isə əsaslı təmirinə hazırlıq görülür.
yap.org.az