PDF Oxu

Siyasət

  • 26

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilir

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilir

Rusiya Federasiyası Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya biznes forumu keçirilir.

İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən biznes forumda ağır və yüngül sənaye, nəqliyyat, kənd təsərrüfatı, tikinti, enerji, neft-kimya, təhsil, səhiyyə, maliyyə və ticarət sahələrini təmsil edən şirkətlər iştirak edirlər.

Tədbirdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edərək, ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulamışdır.

Biznes forum çərçivəsində AZPROMO ilə Ural Ticarət və Sənaye Palatası arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanacaqdır.

yap.org.az

Digər xəbərlər