"Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkədə davamlı iqtisadi inkişaf təmin edilib". Bu fikri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı deyib.
R.Aslanlı bildirib ki, iqtisadi siyasətin prioritet istiqamətlərindən olan sahibkarlıq fəaliyyətinin inkişaf etməsi üçün əlverişli şərait yaradılıb və qanunvericilik bazası təkmilləşdirilib. Onun sözlərinə görə, dövlətin biznes münasibətləri yeni müstəviyə doğru istiqamət almağa başlayıb.
"Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi üçün aparılan proseslər, o cümlədən vergi sistemi ciddi formada sabitləşdirilib. Ölkədə sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün maliyyə imkanları yaxşılaşdırılıb. Nəticədə bütün sahənin makroiqtisadi göstəriciləri bir neçə dəfə artaraq, orta gəlirli ölkədən orta-yüksək gəlirli ölkələr səviyyəsinə gətirilib"- deyə, R.Aslanlı qeyd edib.
yap.org.az