PDF Oxu

Siyasət

  • 32

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2014-cü ilin fevral ayında dövlət büdcəsinə 173 milyon 35 min manat vəsait ödəmişdir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2014-cü ilin fevral ayında dövlət büdcəsinə 173 milyon 35 min manat vəsait ödəmişdir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin fevral ayında dövlət büdcəsinə 173 milyon 35 min manat vəsait ödəmişdir.

Şirkətin mətbuat xidmətindən bildirmişlər ki, bu göstərici ötən ilin fevral ayına nisbətən 40 milyon 750 min manat və ya 130,8 faiz çox olmuşdur.

Ümumiyyətlə, 2014-cü ilin yanvar-fevral aylarında büdcəyə 346 milyon 613 min manat vəsait ödənmişdir. Bu göstərici 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 80 milyon 97 min manat və ya 130,1 faiz çox olmuşdur.

Bundan əlavə, cari ilin fevral ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 323 min manat vəsait köçürmüşdür. Ümumiyyətlə, 2013-cü ilin yanvar-fevral aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 24 milyon 820 min manat təşkil etmişdir ki, bu da ötən ilin yanvar-fevral aylarına nisbətən 653 min manat və ya 102,7 faiz çox olmuşdur.

yap.org.az

Digər xəbərlər