PDF Oxu

Siyasət

  • 21

Türkiyənin Hacettepe Universitetində “İpək yolu üstündəki türk dövlətlərinin iqtisadi əməkdaşlıq zirvəsi” mövzusunda konfrans keçirilib

Türkiyənin Hacettepe Universitetində “İpək yolu üstündəki türk dövlətlərinin iqtisadi əməkdaşlıq zirvəsi” mövzusunda konfrans keçirilib

Türkiyənin Hacettepe Universitetində "İpək yolu üstündəki türk dövlətlərinin iqtisadi əməkdaşlıq zirvəsi" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, universitetin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Cəmiyyəti tərəfindən təşkil edilmiş tədbirdə professor və tələbələr, Ankarada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, elm adamları və mütəxəssislər iştirak etmişlər.

Tədbirin məqsədi İpək yolunun tarixi inkişafı və türk xalqlarına təsiri, İpək yolunun bərpası, xüsusilə də əmtəə və enerji ticarətinin canlandırılması, İpək yolu üstündəki türk dövlətlərində sülh və tərəqqi mövzuları üzrə fikir mübadiləsi aparmaqdan ibarət olmuşdur.

Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası sessiyaları təşkil edilmiş və hər sessiyada adı çəkilən dövlətlərin səfirliklərinin nümayəndələri çıxışlar etmiş, suallarını cavablandırmışlar.

Azərbaycan səfirliyinin təmsilçisi Vasif Əliyev çıxış edərək ölkəmizin qədim İpək yolunun ayrılmaz hissəsi olduğu və tarixən İpək yolundan faydalanmaqla yanaşı, bu ticarət yolunun inkişafına öz töhfələrini verdiyi qeyd etmişdir. Daha sonra müasir İpək yolunun inşasında Azərbaycanın fəal iştirak etdiyi nəzərə çatdırılmış və bu məqsədlə Azərbaycanın təşəbbüsü ilə enerji, nəqliyyat və kommunikasiya sahələri üzrə bir sıra transmilli layihələrin uğurla həyata keçirildiyi vurğulanmışdır.

Azərbaycan həsr olunmuş sessiyada Hacettepe Universitetində təhsil alan iki azərbaycanlı tələbə çıxış edərək, Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri barədə ətraflı məlumat vermişlər.

AzərTAc

Digər xəbərlər