PDF Oxu

Siyasət

  • 31

Samuxda aqroenerji kompleksi inşa edilir

Samuxda aqroenerji kompleksi inşa edilir

Samux rayonu ərazisində aqroenerji kompleksinin inşasına başlanılmışdır.

AzərTAc xəbər verir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən inşa edilən kompleks iki mərhələdə həyata keçiriləcəkdir. Birinci mərhələdə gücü 2,8 meqavat olan günəş elektrik stansiyası tikiləcək və avadanlıqları quraşdırılacaqdır. İkinci mərhələdə isə 300 ailə üçün yeni qəsəbənin tikintisi və istehsal təyinatlı obyektlərin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Bütün infrastruktura malik olacaq bu şəhərçiyin enerji təchizatı ekoloji təmiz günəş, külək, geotermal və bioqaz enerji mənbələri hesabına təmin olunacaqdır. Kompleks istifadəyə verildikdən sonar burada 2 minə yaxın yeni iş yeri açılacaqdır.

AzərTAc

Digər xəbərlər