PDF Oxu

Siyasət

  • 33

Əli Əhmədov Seyşel Adaları Respublikasının sabiq prezidenti ilə görüşüb

Əli Əhmədov Seyşel Adaları Respublikasının sabiq prezidenti ilə görüşüb

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi qərərgahında Azərbaycan Respublikasının Baş nazirin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədovla Seyşel Adaları Respublikasının sabiq prezidenti Sir Riçard Mançam arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP-ın İcra katibinin müavinləri, millət vəkilləri Mübariz Qurbanlı, Siyavuş Novruzov da iştirak edib.YAP-ın Sədr müavini Əli Əhmədov bildirib ki, R. Mançamın Azərbaycana münasibəti ölkə üçün çox qiymətlidir. "Bu, sizin Azərbaycana ikinci səfərinizdir və bu səfər sizə Azərbaycanı daha yaxından tanımaq imkanı verəcək".Əli Əhmədov ötən ilin oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərində iştirak etdiyinə və dəstək göstərdiyinə görə, qonağa təşəkkürünü bildirib: "Biz sizi Azərbaycanın, Azərbaycan xalqının dostu hesab edirik".Qonaq isə öz növbəsində Azərbaycana səfər etməkdən məmnun olduğunu dilə gətirib. O bildirib ki, Sovet imperiyası zamanı Azərbaycan barədə məlumat əldə etmək mümkünsüz idi: "Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəyə gələndə təəccübləndim və bu ölkə ilə tanışlıqdan məmnum oldum".

sia.az

Digər xəbərlər