"Hər kəs bilir və bütün dünya görür ki, Jirinovski sərsəm və antitürk bəyanatları ilə məşhurdur. Bu adam Zori Balayandan betər türk düşmənidir. Bu adamın işi, peşəsi gündəmdə qalmaq və şou düzəltmək üçün boş, mənasız söhbətlər etməkdən ibarətdir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov Vladimir Jirinovskinin "Qarabağın Rusiyaya birləşdirilməsinin vaxtı çatıb" fikrinə münasibət bildirərkən söyləyib.Millət vəkili qeyd edib ki, Jirinovskinin hansısa sərsəm bəyanatı ilə heç nə həll olunmur: "O, öz boş, mənasız fikirlərini söyləməkdə olsun. İnşAllah, Qarabağ işğaldan tezliklə azad olunacaq".
sia.az