PDF Oxu

Siyasət

  • 40

Baş nazir: "Azərbaycanda yoxsulluğun səviyyəsi 7,4 dəfə azalıb"

Baş nazir: "Azərbaycanda yoxsulluğun səviyyəsi 7,4 dəfə azalıb"

"Azərbaycanın ardıcıl islahatlara və sosial yönümlü proqramlara əsaslanan dinamik sosial-iqtisadi tərəqqisi hesabat ilində də uğurla davam etdirilib. Hökumətin fəaliyyətinin əsasını təşkil edən iqtisadi inkişafının başlıca hədəfi xalqın rifahının yüksəldilməsidir". SİA-nın xəbərinə görə, bunu Baş nazir Artur Rasizadə parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2013-cü il üzrə illik hesabatını təqdim edərkən səsləndirib.Baş nazirin sözlərinə görə, son 10 ildə iqtisadiyyatda yüksək nəticələr əldə olunub: "Belə ki, bu dövrdə ÜDM-in həcmi 3, 2 dəfə, sənayə məhsullarının istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,5 dəfə, investisiya qoyuluşu 5,2 dəfə, o cümlədən qeyri-neft sektoruna 15,3 dəfə, kredit qoyuluşları 23 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə, minimum əmək haqqı 11,7 dəfə, pensiyaların orta məbləği 7,2 dəfə, banklardakı əmanətlər isə 25,4 dəfə artıb".O, bildirib ki, yoxsulluğun səviyyəsi 7,4 dəfə azalıb və 1 milyon 200 min yeni iş yeri açılıb: "Həmin müddətdə dövlət büdcəsinin xərcləri 15,5 dəfə yüksəlib, o cümlədən artım sosial yönümlü xərclərdə 7,2 dəfə, səhiyyədə 11,2 dəfə, təhsildə 6,1 dəfə, mədəniyyət və idman sahələrində isə 8,8 dəfə təşkil edib".Rasizadə həmçinin qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də sosial-iqtisadi islahatların dərinləşdirilməsinə xüsusi diqqət yetirilib: "Bu istiqamətdə atılan ən önəmli addımlardan biri dövlət başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan "ASAN Xidmət" ətrafında qurulan fəaliyyətin gücləndirilməsi olub. Nəticədə dövlət xidmətlərinin keyfiyyəti əsaslı sürətli inkişaf edib. Eyni zamanda bu prosesdə şəffaflıq prinsipi tam şəkildə təmin edilib".

sia.az

Digər xəbərlər