PDF Oxu

Siyasət

  • 23

Londonda “Bakı prosesi”nin 5 illik yubileyi və Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq işçi qrupunun iclası keçirilmişdir

Londonda “Bakı prosesi”nin 5 illik yubileyi və Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq işçi qrupunun iclası keçirilmişdir

Londonda "Bakı prosesi"nin 5 illik yubiley mərasimi və Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası keçirilmişdir.

Tədbirdə UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin, İSESCO-nun, BMT-nin Dünya Turizm Təşkilatının, Ərəb Liqası və Böyük Britaniyanın Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin yüksək vəzifəli şəxsləri, həmçinin Böyük Britaniya parlamentinin üzvləri, bu ölkənin nüfuzlu siyasətçiləri və elm xadimləri iştirak etmişlər.

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMT-nin Sivilizasiyalar Alyansının strateji məsələlər üzrə müşaviri Jan Kristof Bas, UNESCO-nun sülh və qeyri-zorakılıq mədəniyyəti üzrə sektorlararası platformasının rəhbəri xanım Katerina Stenou, Dünya Turizm Təşkilatının Orta Şərq üzrə regional direktoru Əmr Abdel-Qaffar, İngiltərənin ən böyük İslam Mədəniyyət Mərkəzinin (İMM) baş katibi Əhməd Dubayan və başqaları çıxış etmişlər.

Tədbirdə ölkəmiz haqqında film nümayiş etdirilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin, İSESCO-nun, BMT-nin Dünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə 2011 və 2013-cü illərdə Bakıda keçirilmiş birinci və ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları və növbəti Üçüncü Dünya Forumunun prioritetləri təqdim edilmişdir. Həmçinin tədbir çərçivəsində Azərbaycanın mədəniyyəti, adət-ənənəsi və turizm imkanlarından bəhs edən bröşurlar paylanılmışdır.

yap.org.az

Digər xəbərlər