Nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq proqramı TRACECA-nın (Avropa-Qafqaz-Asiya) iştirakçısı olan ölkələrdə böyük yükyaratma potensialı nəqliyyat-logistik biznesin dinamik inkişafı üçün real platforma yaradır.
Məlumatda qeyd olunur ki, hazırda TRASESA regionunda nəqliyyat sisteminin qurulması logistikanın inkişafı və nəqliyyat-logistik mərkəzlərin tikintisi ilə birbaşa bağlıdır. Özünün texniki parametrlərinə görə, TRASECA dəhlizi quru və dəniz marşrutlarının multimodl sistemidir: "Bununla əlaqədar regional layihələrin eyniləşdirilməsi prosesində yüklərin nəql edilməsinin nəqliyyat-logistik sxemlərinin tətbiqi ilə daşınmaların həyata keçirilməsinin müasir texnologiyalarına xüsusi diqqət ayrılır".
TRACECA-nın iştirakçı dövlətləri Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna və İrandır.
yap.org.az