PDF Oxu

Siyasət

  • 20

Elmar Məmmədyarov: “Ermənistanla sülh naminə əməkdaşlıq etməyimiz üçün torpaqlar azad olunmalıdır”

Elmar Məmmədyarov: “Ermənistanla sülh naminə əməkdaşlıq etməyimiz üçün torpaqlar azad olunmalıdır”

"Danışıqları yalnız danışıqlar xatirinə aparmaq düzgün deyil". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Van şəhərində Azərbaycan, İran, Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.Bu həftə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ayrı-ayrılıqda görüş keçirildiyini xatırladan nazir söyləyib ki, Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də region üçün təhlükədir: "Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərində saxlayır və bu region üçün təhlükəlidir. Təmas xəttində insidentləri azaltmağa ehtiyac var. Biz Ermənistanla sülh naminə əməkdaşlıq etməyə hazırıq, lakin bunun üçün Ermənistan işğal etdiyi torpaqlardan çəkilməlidir".Mətbuat Konfransında Ukraynadakı vəziyyətlə bağlı danışan E. Məmmədyarov söyləyib ki, Azərbaycan Ukraynada stabilliyin bərpa olunmasına və məsələlərin sülh yolu ilə həllinə çağırır.E. Məmmədyarovun sözlərinə görə, Ukraynada atılan hər hansı addım qanuni yolla, Konstitusiya çərçivəsində atılmalıdır.

sia.az

Digər xəbərlər