"Bu gün müxalifət düşərgəsində siyasətdən uzaq və təhsilə malik olmayan insanlar mövcuddur"
"Ümumiyyətlə siyasi baxımından heç bir halda bir ölkə, digər bir ölkənin daxili işlərinə qarışmamalıdır". Bunu SİA-ya millət vəkili Asəf Hacıyev ölkə müxalifətinin ermənilərin təşkilati dəstəyi ilə Krımdakı hadisələrə müdaxilə etməsi məsələsinə münasibət bildirərkən deyib.Parlament üzvünün sözlərinə görə, hər kəsə də məlumdur ki, Ermənistan tərəfi Azərbaycanın ərazilərini işğal edib: "Məhz belə bir halda işğalçı ölkə ilə əməkdaşlıq etmək nəinki siyasi normalara, heç bir etik normaya uyğun deyil. Digər tərəfdən ölkə müxalifəti erməni qurumları ilə birləşib Krımdakı hadisələrə müdaxilə edərək, axı nəyi həll etmək istəyirlər? Görünür bu, həmin insanların siyasəti o qədər də dərindən anlamamağından irəli gəlir. Ümumiyyətl bu, Azərbaycanın milli maraqlarının əksinə getməkdən xəbər verir. Düşünürəm ki, bu insanlar üçün artıq dünyada mənəvi dəyərlər yoxdur. Bu gün müxalifət düşərgəsində siyasətdən uzaq və təhsilə malik olmayan insanlar mövcuddur. Amma gəl ki, onların hər biri sinələrinə döyərək özünü siyasətçi adlandırır".
sia.az