PDF Oxu

Siyasət

  • 17

“Caspian Energy Integration Award-2014” mükafatlarının təqdimatı keçirilib

“Caspian Energy Integration Award-2014” mükafatlarının təqdimatı keçirilib

"Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu" və "Caspian Energy International Media Group" tərəfindən "Caspian Energy Integration Award-2014" mükafatının təqdim edilməsi mərasimi keçirilib. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, beynəlxalq "Caspian Energy Integration Award-2014" mükafatına layiq görülənlər arasında ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov (neft-qaz sənayesinin inkişafına verdiyi töhfələrə görə), "Azəriqaz" İstehsalat Birliyi (regionların qazlaşdırılmasına görə), "Neftqaztikinti" Tresti (neft və qaz sektorunda ilin tikinti şirkəti nominasiyası üzrə) də olub. Təqdimetmə mərasimində ARDNŞ-nin vitse-prezidenti Suleyman Qasımov çıxış edib. "Neft və qaz sektorunda ilin tikinti şirkəti" nominasiyası üzrə qalib olan ARDNŞ-nin "Neftqaztikinti" trestinin müdiri Mirkazım Abasov təşkilatçılara təşəkkürünü bildirib, qeyd edib ki, Novruz bayramı ərəfəsində rəhbərlik etdiyi qurumun mükafata layiq görülməsi neftçilərə bundan sonra daha da əzmlə və böyük ruh yüksəkliyi ilə işləməyə zəmin yaradacaq.Mərasimdə qeyd olunub ki, Cənubi Qafqaz regionunda unikal layihə hesab olunan Bakı Gəmiqayırma Zavodunun, ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzinin ixtisaslaşdırılmış üstü örtülü hovuzunun və iki mərtəbəli tədris korpusunun, Qobustan Regional Təlim Mərkəzində qaynaq sexinin, Qaradağ rayonu ərazisində Asfalt-beton istehsalı zavodunun və başqa iri obyektlərin tikintisi 2013-cü ildə trest tərəfindən həyata keçirilib. Trestin tərkibinə müxtəlif profilli 14 müəssisə və Gürcüstan Nümayəndəliyi daxildir. Trest Azərbaycan Respublikasının bütün quru və dəniz ərazilərində müxtəlif sifarişçi təşkilatlar üçün podratçı olaraq inşaat xidmətləri göstərir.

sia.az

Digər xəbərlər